Bərdədə iki qonşunun evi eyni vaxtda qarət edilib

Bərdədə eyni vaxtda iki qonşunun evindən oğurluq edilib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, şəhərin Həzi Aslanov küçəsində vətəndaşlara məxsus mənzillərdən nağd pul və qızıl-zinət əşyaları oğurlanıb. Ev sahiblərinin sözlərinə görə, oğrular evlərə  günorta saatlarında daxil olub.  Zərərçəkən,  Bərdə şəhər sakini Tamerlan Heydərov bildirib ki, onun evinə qanunsuz girən naməlum şəxslər ancaq bir cüt sırğa tapa bilib. Bundan sonra qonşusu Hamlet Quliyevin mənzili qarət olunub. Buradan isə  450 manat pul və xeyli sayda qızıl-zinət əşyaları aparılıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib. Hadisə yerinə gələn əməliyyatçılar oğurluq əməli törədən şəxslərin müəyyən edilib saxlanması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. 

 

Müəllif | Apa.Tv
Apa.tv