YAP-ın icra katibi: "Parlament seçkilərində namizədlərimizin müəyyənləşdirilməsinə ciddi yanaşılacaq"
"Parlament seçkilərinə hazırlıq proseslərində bir çox məsələlər, o cümlədən hakim partiyanı təmsil etməli olan insanlar müəyyənləşdiriləcək. Lakin bu, ciddi araşdırmalar nəticəsində olacaq". APA TV-nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibi Əli Əhmədov bildirib. O bildirib ki, YAP ənənəvi olaraq seçki hazırlıqlarına xeyli əvvəldən başlayır.
"Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Belə şəxslər də mütləq nəzərə alınacaq. Buna baxmayaraq, həyat inkişaf edir".
Əli Əhmədov deyib ki, YAP-ın mövqeyi seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyini irəli sürməkdən ibarətdir. Partiya seçki kampaniyasına məhz bu meyarla hazırlaşacaq. Partiyanın icra katibi hesab edir ki, bu seçki də YAP üçün uğurlu olacaq.