Bərdədə ağır qəza: eyni ailədən 1 ölü, 2 yaralı

 

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Mehdili kəndində qeydə alınıb. Rayonun Hacıbəyli kənd sakini, 44 yaşlı Azər Məmmədovun idarə etdiyi "VAZ 2106" markalı minik maşını, Bərdə rayon Şirvanlı kənd sakini Fəxri əliyevin idarə etdiyi "Ford" markalı avtomobillə toqquşub. Nəticədə Azər Məmmədovun maşınındakı sərnişinlər - 70 yaşlı Aslan Məmmədov, 13 yaşlı Fuad Məmmədov və Hicran Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Aslan Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, sürücü, eləcə də ölən və yaralanan sərnişinlər eyni ailənin üzvləridir.

 

Faktla bağlı Bərdə Rayon polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv