Kürdəmirdə qadına qayçı ilə hücum edən şəxs tutulub
Kürdəmirdə qadın soyğunçuluğa məruz qalıb. Hadisə rayonun Sabir küçəsində qeydə alınıb. APA TV-nin xəbərinə görə, rayon sakini Daşqın Qədirov qayçı ilə həmyerlisi Elnarə Babayevaya hədə-qorxu gələrək, əl çantasını və mobil telefonunu almaq istəyib.
Saxlanılan Daşqın Qədirov əməlindən peşman olduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.