Bakıda 5 dəfə məhkum olunmuş şəxs qətl törədib

Bakıda qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.  Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib.

 

Lent.az-ın məlumatıma görə, hadisəni törədən  Elşad Mustafayevin qardaşı   bir müddət əvvəl vəfat edib. Namiq Əliyev onun vəfat etmiş qardaşının dul arvadı ilə münasibət qurmağa çalışıb. Məsələdən xəbər tutan Elşad Mustafayev onu öldürüb. 

 

Elşad Mustafayev tutulub, faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv