Tovuzda yaşayış evi yanıb

Tovuzda yaşayış evində güclü yanğın baş verib. Hadisə rayonun İbrahimhacılı kəndində İlqar Cəfərova məxsus 2 mərtəbəli yaşayış evində qeydə alınıb. Qəflətən evdə yanğın başlayıb. Qonşular və ev sahibi yanğını söndürməyin mümkünsüzlüyünü görüb yanğınsöndürənlərdən kömək istəyiblər. Tovuz Yanğından Mühafizə Hissəsinin avtomobil və canlı qüvvəsi hadisə yerinə gəlib, tez zamanda alovu söndürə bilib. Yanğın zamanı ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsinin 2 otağı, mətbəxinin yanar konstruksiyaları, 2-ci mərtəbəsində isə 3 otağın yanar konstruksiyaları və dam örtüyü yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 250 kvadratmetr olan talvarın lambirdən ibarət tavanı da əriyib. Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli