İmişlidə "Mercedes"lə toqquşan motosikletin sürücüsü öldü
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Sabirabad rayon sakini Zahid Atakişiyevin idarə etdiyi "Mercedes"lə eyni istiqamətdə hərəkətdə olan İmişli sakini Adil Qasımovun idarə etdiyi motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib. Lakin o, Bakıya çatmadan yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.