Bakıda 2-ci olan maneken gözəllik yarışmasının qalibi ilə saçyolduya çıxdı - REAL GÖRÜNTÜ
Braziliyada keçirilən gözəllik yarışında podiumda manekenlər arasında dava-dalaş olub. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, "Miss Amazonas" yarışmasının iştirakçısı Şeyslane Hayalla qalib elan edilən Kerol Toledonun başındakı tacı zorla dartıb çıxarıb. Hayalla bu hərəkətini Toledonun jüriyə rüşvət verməsi ilə izah edib. İnsident tamaşaçıların gözləri qarşısında baş verib. Yayılan videoda ilk baxışdan Hayalla rəqibinin uğuruna sevinən kimi görünür. O, Toledonu hətta təbrik edir. Anidən isə onun tacına əl ataraq, zorla çəkib çıxarır. Həmin an Toledonun saçları taca ilişdiyindən yolunduğu hiss olunur. Hayalla daha sonra tacı yerə çırpır. Hadisədən sonra maneken hərəkətini bəyənməyənlərdən üzr istəyib. Lakin o, atdığı addıma görə peşman deyil, yarışmaçı bildirib ki, bunu ürəkdən edib. Yeri gəlmişkən, Şeyslane Xayalla ölkənin tanınmış manekenlərindəndir və onu Azərbaycanda da tanıyırlar. O, ötən il Braziliyanı "Miss Globe International" yarışmasında iştirak edib və ikinci olub. Həmin yarışma isə Bakıda təşkil olunmuşdu.