Sankt-Peterburqda kafedə atışma olub, 2 azərbaycanlı öldürülüb

Sankt-Peterburqda kafedə baş verən atışmada iki azərbaycanlı öldürülüb. APA-nın Rusiya bürosunun “konkretno.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 1-də Sankt-Peterburqun Poqraniçnik Qarkavov küçəsində yerləşən "Qurman" kafesində qeydə alınıb. Kafenin sahibi ilə müştəriləri arasında baş verən mübahisə zamanı travmatik silahdan açılan atəş nəticəsində iki azərbaycanlı öldürülüb.

 

Gürcüstan Respublikası Marneuli rayonunun sakini, 29 yaşlı Vüsal Əfəndiyev hadisə yerində keçinib. Kafenin sahibi olan digər azərbaycanlı, Azərbaycan vətəndaşı, 46 yaşlı Nazim Səmədov isə xəstəxanada ölüb.

 

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə yerindən 30 metr aralıda, İvanovka çayının sahilində polis əməkdaşları qan izləri olan salfet və 6 ədəd patronla İJ -79-9 travmatik silah aşkar ediblər.

 

Bundan başqa, kafenin sahibi Nazim Səmədovun avtomobilindən “Sayqa” karabin tüfəngi tapılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv