AzTV-nin əməkdaşı vəfat edib
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşı vəfat edib. Telekanalın "Xəbərlər" departamentinin işçisi, Sumqayıt sakini, 42 yaşlı Rəna İbrahimova qəflətən dünyasını dəyişib. Tibbi ekspertizanın rəyinə gör, hadisə gecə saatlarında baş verib. APA TV-nin məlumatına görə, Rəna İbrahimova beyinə qan sızmasından vəfat edib. O, həmin zaman yuxuda olub. Ailəsi bundan səhər xəbər tutub. Rəna İbrahimovanın oyanmadığını görən ailə üzvləri onun öldüyünün şahidi olublar. Rəna İbrahimova əvvəllər Sumqayıtın Dünya TV kanalında işləyib. 2008-ci ildən o, AzTV-nin "Xəbərlər" departamentində jurnalist fəaliyyətini davam etdirib.
Xatırladaq ki, Rəna İbrahimova ailəli deyildi.
Allah rəhmət eləsin!