Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub
Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub. APA-nın məlumatına görə, müğənni insan alverində təqsirləndirilir. O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb. Xətai Rayon Polis İdarəsindən APA-ya onlarda müğənni Maral Tahirqızı ilə bağlı cinayət işinin olduğunu təsdiqləsələr də, əlavə açıqlama verilməyib. İdarədən bildirilib ki, hələlik dindirmə gedir, bu səbəbdən əlavə məlumat verilmir.