Oqtay Əsədov: "... gələndə nə ediblər ki, gəlməyəndə nə etsinlər?"
"Azərbaycan rəsmi şəkildə Minsk Qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini müzakirəyə çıxarmalıdır".
APA TV-nin Bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında millət vəkili Azay Quliyev deyib: “Yanvarın 21-də Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu bir səfəri oldu və səfər zamanı Almaniyanın kansleri xanım Angela Merkel də Dağlıq Qarabağ probleminin həllində yaxından dəstək verəcəyini bildirdi. Hesab edirəm ki, bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirilməsi məsələsini qaldırmaq lazımdır. İkinci bir təklif, Türkiyənin bu formata daxil edilməsidir. Türkiyənin müəyyən imkanları var ki, bu istiqamətdə təsir etsin. Türkiyə Ermənistanla sərhədinin açılmasının birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir".
Vitse-spiker Bahar Muradova deyib ki, hazırkı format ictimai-siyasi reallığa uyğundur: "ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişməsi təklifi yeni məsələ deyil. Bunlar bizi vadar edir ki, biz fəal olaq və öz işimizi aparaq”.
Spiker Oqtay Əsədov isə millət vəkillərinin beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı fikirlərinə belə aydınlıq gətirib: “Heç kim əlimizdən tutmur ki, faciələrimizlə bağlı məlumatı beynəlxalq ictimaiyyətə çatdıraq. Dərinə gedəndə görürük ki, beynəlxalq təşkilatlar həqiqətən bütün məsələlərə birtərəfli baxır. Beynəlxalq təşkilatların nümayəndələri Ermənistana gedir, əmin ola bilərsiniz ki, onlar Azərbaycana gəlməyəcək. Gələndə nə ediblər ki, gəlməyəndə də nə etsinlər? Biz özümüz öz məsələmizi həll etməsək".
Spiker Azərbaycanın beynəlxalq səviyyədə münaqişənin həli ilə bağlı önəmli addımlar atdığını deyib.