Azərbaycanda Aliment Fondunun yaradılması təklif olunur

“Sulu qəlyanlar çox reklam olunur və bunun narkotik, onkoloji təsiri faktdır”.

 

APA TV-nin xəbərinə görə, bunu parlamentin yaz ssesiyasının bu gün iclasında carı məsələlərin müzakirəsi zamanı millət vəkili Musa Quliyev deyib. O, sulu qəlaynın da istifadəsinin məhdudlaşmasının lazımlı olduğunu vurğulayıb.

 

Millət vəkili Qənirə Paşayeva aliment probleminin həlinin vacibliyindən danışıb: “Azərbaycanda Aliment Fondu yaradılmasına ehtiyac var. Hazırda bölgələrdə ataların aliment ödəməməsi ilə bağlı ciddi problemlər yaşanır. Ona görə də bəzi anaların vəziyyəti çox çətindir. Bəzən atalar işləmədiklərini əsas gətirərək aliment verməkdən imtina edirlər. Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edirəm. Bu fond yaradılarsa, dövlətin analara dəstəyi artar. Beləliklə də analar məhkəmə qapılarında qalmaqdan qurtulmuş olar”.

 

Millət vəkili Zahid Oruc deyib ki, Tarif Şurasının statusu qanunla müəyyənləşməlidir. Deputatın fikrincə, orada cəmiyyətin maraqlarını ifadə edən Milli Məclis, QHT və Mətbuat Şurasından 1 nəfərin olması lazımdır.

 

Deputat Qüdrət Həsənquliyev isə Azərbaycanda narkomaniyanın yayıldığını, narkoman gənc qızların sayı artdığını bildirib: "Bütün dünyada olan və genişlənən bu bəla Azərbaycanda da genişlənib. Bu gün Azərbaycanda həbsxanalarda olan məhbusların 30 faizi narkomandır".

 

Millət vəkili Siyavuş Novruzov Azərbaycanın neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkə olduğunu deyib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı