Bakıda 25 yaşlı fəhlə anbarda yıxılaraq ölüb

Suraxanı rayonu, Bülbülə qəsəbəsində bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, ikinci Bülbülə, ev 23 də yaşayan 25 yaşlı Nicat Fərzəliyev fəhlə işlədiyi soyuducu anbar sexində hündürlükdən yıxılıb. Yaralını dərhal 3 saylı şəhər kliniki xəstəxanasına  çatdırılıb. Vəziyyəti ağır olduğu üçün həkimlər dərhal onu əməliyyata götürüblər. Nicat Fərzəliyev 7 saata yaxın koma vəziyyətində qalıb, yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Suraxanı Rayon Prokrorluğunda  cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv