Abşeronda 29 yaşlı oğlan bıçaqlandı

Ötən gecə Abşeron rayonu, Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 29 yaşlı Müseyib Nazim oğlu Əhmədov Xırdalanadakı Heydər Əliyev parkında hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Bud nahiyəsindən ağır bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə Bakıdakı 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun həyatı üçün təhlükə aradan qaldırılıb. Abşeron Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, cinayəti törədən şəxsin tutulması istiqamətinə əməliyyat-axtarış tədbirləri keçirilir. 

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv