Binəqədidə ər arvadını bıçaqladı

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 33 yaşlı Bəhruz Əliyev qayınatasının evində ailə münaqişəsi zəmnində həyat yoldaşı 31 yaşlı Günel Əliyevanı bıçaqlayıb. Döş qəfəsinin kəsilmiş, deşilmiş yarası dioqnozu ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılan yaralı dərhal əməliyyat olunub.

 

Növbətçi həkim Səbuhi Sadıqovun APA TV-yə verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.

 

Cinayəti törətməkdə şübhəli bilinən Bəhruz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv