Naxçıvanda ağır qəza: 4 ölü, 2 yaralı

Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Naxçıvan-Şərur yolunda qeydə alınıb. “Tofaş” markalı minik maşını ilə “Azsamand” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

 

 

Müəllif | Apa.Tv
Apa.tv