Şəkiyə yeni polis rəisi təyin edildi
Daxili işlər orqanlarında yeni təyinat olub. APA TV-nin xəbərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Əbülfət Rzayev tutduğu vəzifədən azad edilərək Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Sabunçu RPİ-nin rəisi Cavanşir Babayev təqaüdə göndərilib. Onun yerinə isə Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi Eldar İlyasov təyin edilib.