Sabahdan Azərbaycanda hava pisləşəcək

Sabahdan başlayaraq, Azərbaycan ərazisində hava şəraiti dəyişəcək və qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava  şəraiti fevralın 4-ü və 5-də davam edəcək. Bu gün ölkə ərazisində müşahidə olunan cənub-qərb küləyi sabahdan etibarən şimal küləyinə keçəcək. Fevralın 4-ü və 5-də gecə və səhər ölkə ərazisində küləkli hava  şəraiti müşahidə olunacaq. Şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə enəcək. 

   

Müəllif | Apa.Tv
Apa.tv