Lənkəranda 30 yaşlı qadının 4 uşağı dünyaya gəlib

Lənkəranda 30 yaşlı qadının 4 uşağı doğulub. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Astara rayonunun Siyəkü kənd sakini, 1985-ci il təvəllüdlü Rəisə Nabatova ötən gecə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində bir dəfəyə 4 uşaq – bir qız, üç oğlan dünyaya gətirib. Körpələr qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəlib. Onların çəkisi 2000, 1500, 1400 və 1100 qramdır. Rəisə Nabatova həkimlərə minnətdarlıq edib. Uşaqların nənəsi Ramizər Rəhmanova isə birdən-birə 4 nəvəyə sahib olduğu üçün çox sevindiyini deyib.

Qeyd edək ki, bu, Rəisə Nabatovanın ikinci hamiləliyidir.
 

Müəllif | Apa.Tv