Neftin qiyməti 57 dolları keçdi

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, mart ayı üçün bağlanan fyüçerlərdə “Brent” markalı neftin bir barelinin qiyməti 57,05 dollar müəyyənləşib. Ekspertlər qiymətin bir müddət 55-60 dollar arasında dəyişəcəyini proqnozlaşdırır. BP şirkəti də yaxın 2-3 il ərzində neftin qiymətinin 60 dolları keçməyəcəyini açıqlayıb. Şirkətin rəhbəri Bob Dadli fəaliyyəti dövründə neftin qiymətinin dörd dəfə kəskin ucuzlaşdığını deyib və qiymətlərin dəyişməsi dinamikasına əsasən, yaxın 2-3 il ərzində qara qızılın qiymətinin 55-60 dollar arasında dəyişəcəyi ehtimalını irəli sürüb. Dünya bazarında neftin qiymətinin bahalaşması rublun da kursuna təsir göstərib. Bu gün Moskva birjalarında dolların iki rubl ucuzlaşıb. 

Müəllif | Apa.Tv
Apa.tv