Xaçmazda “Toyota” “Daewoo” ilə toqquşdu: 1 yaralı

Bu gün günorta saatlarında Gəndob – Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 10-cu km-də, Xaçmaz rayonu ərazisində qeydə alınıb. “Toyota” markalı avtomobillə 99 AC 934 dövlət nömrə nişanlı “Daewoo” markalı maşın toqquşub. Nəticədə “Daewoo”-nun sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

 

Xəsarət alan şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 1980-ci il təvəllüdlü Turan Alxasovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan