Şabranda keçmiş məhkum narkotiklə tutulub

 

Şabran rayonunda narkotik vasitələrin satışı ilə məğul olan və istifadə edən iki nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonunun Dəvəçi kənd sakini, 30 yaşlı Xalıqov Hicran Rəcəb oğlu tutulub. Onun üzərinə baxış zamanı 1 kibrit qutusunda ümumi çəkisi 6.3 qram qurudulmuş marixuana aşkar olunub. İstintaqa ilkin ifadəsində o,narkotik vasitənin şəxsi istifadəsi üçün aldığını bildirib.

 

Qeyd edək ki, Hicran Xalıqov 2011-ci ildə narkotik vasitələrin satışı maddəsi ilə tutularaq, məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa çıxıb.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Hicran Xalıqova narkotik vasitəni satan şəxsin Xaçmaz rayonunun Xudat şəhər sakini, 36 yaşlı Ulutozerlər Nəcməddin İsmayıl oğlu olduğu müəyyənləşib. Onun üzərinə baxış keçirilərkən 6 ədəd kibrit qutusunda ümumi çəkisi 29.18 qram qurudulmuş marixuana aşkarlanıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan