Bakıda keçmiş arvadını öldürən şəxs intihara cəhd edib - YENİLƏNİB

Bakıda 28 yaşlı qadın qətlə yetirilib. Nərimanov Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Yusif Vəzir Çəmənzəmənli küçəsi 106, mənzil 44-də qeydə alınıb.  Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurban Əflatun oğlu Kazımov aralarında yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Nübar Cümə qızı Muradovanı qətlə yetirib.  Qonşuların sözlərinə görə,  qətlə yetirilən qadını tanımırlar. 

 

Qurban Kazımov hadisədən sonra damarını doğrayaraq intihara cəhd edib.  Dəhlizdə olan qan izləri onun hadisəni evdə törətdiyini, daha sonra isə evi tərk etdiyi ehtimalını yaradır. Hazırda  Qurban Kazımov  xəstəxanaya yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv