Tayvanda sərnişin təyyarəsi çaya düşdü: 9 ölü - REAL GÖRÜNTÜ

Tayvanda sərnişin təyyarəsi çaya düşüb, 9 nəfər ölüb. Paytaxt Taybey şəhəri yaxınlığında “TransAsia” aviaşirkətinə məxsus ATR 72-600 təyyarəsi qəzaya uğrayıb. Qəza anı yoldan keçən maşınların videoregistratorlarına düşüb.

 

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, çaya düşən təyyarədə 58 sərnişin olub. Onlardan 17 nəfəri göyərtəni tərk edə bilib.

 

Xilas olmuş sərnişinlər salondakı digər sərnişinləri xilas etməyə cəhd göstəriblər. Xilasedicilər gəldikdən sonra onlar sahilə təxliyə olunublar.

 

İlkin məlumata görə, qəza nəticəsində 9 nəfər ölüb. Təyyarə Sunşan aeroportundan Tszinmen adasına uçurmuş. 

Müəllif | Apa.Tv
Apa.tv