ABŞ neft ehtiyatlarını açıqladı, “qara qızıl” ucuzlaşmağa başladı

ABŞ-ın neft ehtiyatlarının artması xəbərləri dünya bazarında “qara qızıl”ın qiyməti yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, bu gün səhər saatlarında birjalarda mart ayı üçün bağlanan fyüçerslərdə Brent markalı neftin qiyməti 57,41 dollar təşkil edib. WTI markalı yüngül neftin bir barelinin qiyməti isə maksimum 52,12 dollar olub. Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının 411,2 milyon barelə çatdığını açıqlayıb, bu əvvəlki rəqəmdən 6 milyon barel çoxdur. Bununla da ABŞ-ın neft ehtiyatlarının həcmində beşinci həftədir artım qeydə alınır. BP şirkətinin rəhbəri Bob Dadli bildirib ki, bazar özünə istinad nöqtəsi axtarır, lakin neft hasilatının əsasları hələlik dəyişməyib. O ən az bir il qiymətlərin bu həddə qalacağını proqnozlaşdırıb.

Müəllif | Apa.Tv
Apa.tv