Rusların 65 faizi Ukraynaya qoşun yeridilməsinin əleyhinədir - SORĞU

Ukraynanın cənub-şərqində silahlı münaqişəni dondurmaq Rusiyanın maraqlarına cavab verir. APA TV-nin məlumatına görə, Ümumittifaq İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğuda iştirak edən respondentlərin 65 faizi belə hesab edir. Hər üç rusiyalıdan ikisi düşünür ki, Moskva güzəşt və maliyyə itkiləri hesabına olsa belə, münaqişəni dondurmalı və Ukraynaya qoşun yeritməməlidir. “Rusiya müharibəni qələbəyə kimi davam etdirməlidir” fikrini respondentlərin yalnız 17 faizi bölüşür. Hər beş rusiyalıdan yalnız biri Kremlin Ukraynaya qoşun yeritməsinə tərəfdar olduğunu deyib, respondentlərin 67 faizi buna qarşı çıxıb. Ukraynadakı separatçı rejimlərin dövlət kimi tanınmasını 29 faiz dəstəkləyir. Respondentlərin 16 faizi Donbas bölgəsinin Rusiyaya birləşdirilməsini, 12 faizi isə separatçı rejimlərə Ukraynanın tərkibində geniş muxtariyyət verilməsini təklif edib.

Müəllif | Apa.Tv
Apa.tv