Bakıda ELSA prezidentlərinin 50-ci görüşünün açılış mərasimi olub

Bakıda Avropanın Hüquqşünas Tələbələr Assosiasiyası - ELSA Beynəlxalq Təşkilatı prezidentlərinin 50-ci görüşünün açılış mərasimi olub. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib ki, ELSA Avropanın 42 ölkəsində fəaliyyət göstərir. Təşkilat 210 universitetdən 40000-dən artıq gənc hüquqşünası özündə birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişlənməsi və onların cəmiyyətin daha aktiv inkişafında iştirakının təşviq edilməsidir: "Azərbaycan ELSA beynəlxalq təşkilatına 2010-ci ildə üzv olub".

 

Tədbirdə bildirilib ki, ölkəmizdə həyata keçirilən hüquq islahatları hüquqşünasların cəmiyyətin ictimai həyatında rolunu artırıb. Gənc hüquqşünasların bu təşkilatda fəaliyyəti yüksək qiymətləndirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı