Səudiyyə Ərəbistanında yeni kralın maketlərinə biət edilir

Səudiyyə Ərəbistanında yeni kral Salman ibn Əbdül Əziz əl-Səuda biət mərasimləri keçirilir. APA TV-nin xəbərinə görə, paytaxt Riyaddakı saraydan başqa bütün ölkə ərazisində insanlar kralın özü ilə yox, onun karton maketi ilə salamlaşırlar. Kartonun üzərinə yeni kralın fotosu vurularaq məktəblərdə, mərkəzi binalarda yerləşdirilib. Fotonun arxasında isə kralın dublyorları dayanaraq, əllərini uzadıb biət edənlərlə salamlaşır. Bununla yeni krala bağlılıq bildirilmiş olur.

Kral Salmana qadınlarla kişilər ayrı yerlərdə biət edir. Qadınlarla maketin içindən əlini uzadıb salamlaşma işini də həmcinsləri yerinə yetirir. 

Müəllif | Apa.Tv
Apa.tv