Kürdəmirdə iki yük maşını toqquşub

Kürdəmirdə iki yük maşını toqquşub. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Çöhranlı   kəndindən keçən hissəsində qeydə alınıb. Bakının Qaradağ rayon sakini  Bəxtiyar Şahverdiyevin idarə etdiyi "KamAZ" Ağdaş sakini Siyavuş  Bayramovun idarə etdiyi "Hovo" markalı yük avtomobilinə çırpılıb. 

 

Nəticədə "KamAZ"ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov