Donetskdə xəstəxanaya top mərmisi düşüb: 15 ölü - REAL GÖRÜNTÜ

Ukraynanın şərqində gərginlik davam edir. Donetsk ətrafında gedən döyüşlərdə atılan artilleriya mərmisi şəhərdəki xəstəxanalardan birinə düşüb. Vesti.az-ın məlumatına görə, ölənlərin sayı 15-dən artıqdır. Ölənlər yalnız həmin vaxt tibb ocağında olanlar deyil, atəş zamanı binanın yaxınlığında olan insanlardan da həyatını itirənlər var. Xəstəxana binası yararsız vəziyyətə düşüb, hazırda binanın yandığı bildirilir.
 

Müəllif | Apa.Tv
Apa.tv