Lənkəranda keçmiş məhkumdan narkotik götürülüb
Lənkəranda narlotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1977-ci il təvəllüdlü Anar Yaqub oğlu Ramazanov şübhəli şəxs qismində saxlanılıb. A. Ramazanovun idarə etdi "VAZ-21074" markalı, 10-NH 535 dövlət nömrə nişanlı minik avtomobilindən 1230,45 qram tiryək aşkarlanıb. A.Ramazanov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.