Bakıda sürücü qəza törətdikdən sonra maşınını yandırdı

Ötən gecə Bakının Xətai rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Babək prospektində qeydə alınan qəzadan sonra sürücü öz maşınını yandırıb. Prospektlə hərəkət edən "Chevrolet" markalı avtomobillə "Mercedes" toqquşub.

 

Hələlik kimliyi məlum olmayan "Chevrolet"in sürücüsü qəzadan sonra maşındakı ehtiyat yanacağı avtomobilin üzərinə tökərək yandırıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanan maşın qısa vaxtda söndürülüb.  

 

Əraziyə gələn polis əməkdaşları maşınına od vurub yandıran sürücünü qaçmaq istəyərkən saxlayıblar. Sürücü ifadəsinin alınması üçün Xətai Rayon Polis İdarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv