Elnur Hüseynov "O səs Türkiyə"nin növbəti mərhələsində
Müğənni Elnur Hüseynov “O səs Türkiyə”də “Son seçimlər” mərhələsində çıxış edib.
APA TV-nin məlumatına görə, Ebru Gündeşin komandasında olan həmyerlimiz ingilis dilində “Get lucky” mahnısını səsləndirib.
Elnur tamaşaçı səsverməsi nəticəsində qalib gələrək, növbəti mərhələyə keçib.