Nəsimi rayonunda zəncirvari qəza törədən sürücü qaçdı

Bakının Nəsimi rayonunda zəncirvari qəza törədən sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumatına görə, hadisə Mirəli Qaşqay və Mikayıl Rəfili küçələrinin kəsişməsində qeydə alınıb. "H016696" nömrəli "Ford" markalı maşın öncə "Great Wall" markalı maşını vurub. Daha sonra yol kənarında dayanan "Hyundai"ya çırpılıb. Qəza nəticəsində "Great Wall"ın sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb, yaralı sürücüyə ilkin tibbi yardım göstərilib.

 

Zərərçəkənlərdən "Hyundai"ın sürücüsü  Elşən Məmmədovun sözlərinə görə, qəzadan sonra "Ford"un sürücüsü qaçıb.

 

Hadisə yerinə gələn Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları  qaçan sürücünün axtarışlarına başlayıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv