Bakıda axtarışda olan oğul anasını qətlə yetirib

Bakıda qətl törədilib. Bu barədə APA TV-yə Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi və Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də axşam saatlarında Əliağa Vahid küçəsi yerləşən Modalar evində dərzi işləyən anası, 1967-ci il təvəllüdlü Sevinc  Əliyevanı qısqanclıq zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elnur Əliyev Qusar Sərhəd Keçid Məntəqəsində müəyyən olunaraq tutulub. 

 

Onun borclu kimi axtarışda olduğu da bildirilib.  

 

Müəllif | Apa.Tv
Apa.tv