ABŞ-da məktəbdə silahlı insident: yaralılar var

ABŞ-ın Merilend ştatının Frederik şəhərindəki orta məktəblərdən birində silahlı insident baş verib. Nəticədə iki məktəbli ağır yaralanıb. APA TV-nin "NBC Washington" telekanalına istinadən verdiyi məlumata görə, hadisə məktəbin idman zalının yanında baş verilib. Həmin zaman orada basketbol üzrə yarış keçirilib. Hadisə şahidləri beş atəş səsi eşitdiklərini bildiriblər. Silahlı insidentin dörd afroamerikanlı tərəfindən törədildiyi ehtimal olunur. Hadisədən sonra məktəbin müəllim və şagird heyəti dərhal təxliyə edilib. Polis araşdırmalara başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv