Poroşenko: “Müharibənin hər günü bizə 7 milyon avroya başa gəlir”

Müharibənin hər günü Ukraynaya 6-7 milyon avroya başa gəlir. APA TV-nin məlumatına görə, bu rəqəmi Ukrayna prezidenti Pyort Poroşenko Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkədə istehsalın həcmi 20 faiz aşağı düşüb, infrastruktur dağılıb. “Bizim bu əngəlləri aşmaq və yeni islahatlar həyata keçirmək üçün maliyyə yardımına ehtiyacımız var" deyən Poroşenko Qərbin bu yardımı göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

 

Avropa Siyasətinin Analizi Mərkəzinin tədqiqatlar proqramının rəhbəri Piter Doran bildirib ki, Ukrayna prezidentinin Qərbdən, özəlliklə ABŞ-dan hərbi yardım gözləməsinin əsasları var. “Ukraynaya hərbi yardım göndəriləcək, bunu yaxın iki həftə ərzində görəcəyik. Hazırda müzakirə olunan məsələ yardımın hansı formada olmasıdır. Artıq bu məqsədlə 350 milyon dollar vəsait ayrılıb. ABŞ bu məbləği Ukrayna ordusunun silahlandırılması üçün xərcləməlidir. Yardım ən müasir uçuş aparatları da ola bilər, qeyri-uçuş aparatları da. İstənilən halda göstərilən yardım müdafiə xarakterli olacaq”. 

Müəllif | Apa.Tv
Apa.tv