Azərbaycan prezidenti Türkiyənin iqtisadiyyat nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA TV-nin məlumatına görə, nazir Nihad Zeybekçi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, infrastruktur, müasir sənaye parklarının yaradılması, ticarət, kənd təsərrüfatı və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.