Lənkəranda 75 yaşlı kişi intihar edib

Lənkəranda intihar hadisəsi baş verib. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, rayonun Ləj kənd sakini, 1940-cı il təvəllüdlü Balaxan İsa oğlu Əlirzayev yaşadığı evdə özünü asıb. İntiharın başvermə səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv