Salyanda 2 yük maşını aşdı, Ələt-Astara yolu bağlandı

Ələt-Astara magistralında 2 yük maşınının aşması yolda böyük tıxac yaradıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara magistralın 78-ci kilometrliyndə Salyan rayonunun Şorsulu kəndinin ərazisində  inşaat işləri aparan “EVROSCON” ASC-nin yük avtomobilləri toqquşaraq aşıb. Daha bir avtombil isə sürüşərək yoldan çıxıb. Xəsarət alan olmasa da, yolun bağlanması nəticəsində uzunmüddətli tıxac yaranıb.

 

Əraziyə cəlb olunan yol polisi əməkdaşlarının səyi nəticəsində qəzanın fəsadları aradan qaldırılıb. Bir neçə saat sonra yolda avtomobillərin hərəkəti tam  bərpa olunub.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı