UEFA "Qarabağ"ın şikayətini təmin etmədi

UEFA-nın “Qarabağ” futbol klubunun müraciəti ilə bağlı uzun müddətdir, gözlənilən qərarı açıqlanıb. APA TV-nin  məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirdiyi oyunda təmiz qolunun çexiyalı hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.

 

UEFA-nın iclasında Ağdam klubunun şikayəti təmin edilməyib. Oyunun təkrar keçirilmə və ya qolun sayılma variantı baş tutmayacaq. Bundan başqa, kobud səhvə yol verdiyi üçün Zelinka da cəzalandırılmayacaq.

 

Qeyd ki, “Qarabağ” – “İnter” matçının son saniyələrində Riçard Almeyda toru silkələsə də, Zelinka epizodu ofsayd kimi qiymətləndirərək, qolu saymamışdı. Nəticədə “Qarabağ” qrupda 3-cü yeri tutaraq, Avroliqada mübarizəni dayandırmışdı.

Müəllif | Apa.Tv
Apa.tv