Kürdəmirdə avtomobil aşıb, eyni ailənin 3 üzvü yaralanıb

Kürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 198-ci kilometrində, rayonun Atakişilər kəndindən keçən hissəsində qeydə alınıb.

 

Bakının Mərdəkan qəsəbə sakini Əvəz Novruzov 50 BO 001 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşın hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı Elmira, qızı Günel müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov