Paytaxtda dumanlı və çiskinli hava şəraiti gözlənilir

Fevralın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olma ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq. Rayonlarında hava  şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 7-si axşamadək Abşeron yarımadasında atmesfor təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, fevralın 8-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

   

Müəllif | Apa.Tv
Apa.tv