Siyəzən sakini dəm qazından zəhərlənib

Siyəzən rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1960-cı il təvəllüdlü Əzizova Ulduz Vəzir qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub, hazırda vəziyyəti orta stabildir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan