Səudiyyə Ərəbistanı Asiyaya satdığı nefti rekord həddə ucuzlaşdırdı

Səudiyyə Ərəbistanı gələn ay Asiya ölkələrinə satdığı neftin qiymətini rekord həddə ucuzlaşdıracaq, ABŞ və Avropaya satdığı neftin qiymətini isə qaldıracaq. APA TV-nin məlumatına görə, Saudi Aramco dövlət şirkəti Asiyaya satılan neftin hər barelinin qiymətini 0,9 dollar azaldacağını açıqlayıb. Bununla da gələn ay Səudiyyə nefti Oman və Dubay neftindən 2,3 dollar ucuz olacaq. Bu, son 14 ildə qeydə alınan ən ucuz qiymətlərdir. Səudiyyə ərəbistanı gələn ay şimal-qərbi Avropa ölkələri üçün satılan neftin hər barelini 0,7 dollar baha satacaq, ABŞ-a satılan neft isə 15 sent bahalaşacaq. Ər-Riyad ABŞ-a satdığı neftin qiymətini sonuncu dəfə ötən ilin iyulunda bahalaşdırıb, sonrakı yeddi ay ərzində isə qiymət 60 faiz ucuzlaşıb.

Müəllif | Apa.Tv
Apa.tv