Moskvada azərbaycanlını oğurlayanlar ailəsindən 3 milyon dollar istəyib

Moskva vilayətində 43 yaşlı azərbaycanlı oğurlanıb. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, hadisə yanvar ayının 26-da azərbaycanlının yaşadığı evin yaxınlığında qeydə alınıb. Naməlum şəxslər həmyerlimizin əl-qolunu bağlayaraq maşına mindiriblər. Yolda onu maşından düşürdüb, başqa bir maşına mindirərək Klin şəhərinə aparıblar.

 

Azərbaycanlını ailəsindən pul almaq məqsədi ilə qaçırıldığı məlum olub.

 

Məlum olub ki, 20 il öncə də həmin azərbaycanlı bir qrup şəxs tərəfindən oğurlanıb, onun imkanlı iş adamı olan həmin şəxslərə pul verərək qardaşını azad edib. Bu dəfə isə cinayətkarlar 3 milyon dollar tələb ediblər. Lakin onların planı baş tutmayıb. 43 yaşlı azərbaycanlı saxlanıldığı yerdən qaça bilib. Fevralın 4-də cinayətkarlardan biri həmyerlimizin əlindəki qandalı istilik sistemi elementinə bağlamağı unudub. Bundan istifadə edən azərbaycanlı pəncərədən qaçaraq yaxınlıqdakı polisə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları iki nəfəri saxlayıblar. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində azərbaycanlını qaçırmaqda şübhəli bilinən üçüncü şəxs də yaxalanıb.

Müəllif | Apa.Tv
Apa.tv