Gədəbəydə müəllimin döydüyü şagird özünü öldürüb

Bir neçə gün əvvəl Gədəbəy rayonunda 11 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Arabaçı kəndində özünü asan 2004-cü il təvəllüdlü Şahin Abbasovu məktəbdə müəllimin döydüyü bildirilir. İddia edilir ki, 5-ci sinifdə oxuyan Ş.Abbasov şagirdlərin gözü qarşısında müəllimin kobud rəftarı ilə üzləşib. Bundan sonra özünü öldürüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv