Bakıda zəncirvari qəza törədən qadın sürücü ağır yaralandı

Paytaxtın Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza rayonun Ə. Salamzadə küçəsində baş verib. Gülnarə Əmənova idarə etdiyi "Hyundai" markali avtomobillə  adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış Vasif Məmmədova məxsus "Opel" markali avtomobilə cırpılıb. Zərbənin təsirindən qadın sürücünün idarə etdiyi nəqliyyat vasitəsi daha sonra Mais Əbdülrəhmanova məxsus "Wolkswagen" markalı avtomobilə çırpılıb. Nəticədə 25 yaşlı Gülnarə Əmənova müxtəlıf dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal 1 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Hadisə yerinə dərhal Yol Patrul Xidmətinin əməkdaşları gəliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv