Bakıda 28 yaşlı oğlanın maşınından külli miqdarda narkotik götürülüb

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

 

APA TV-nin xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında fevralın 5-də Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Ələşrəf Sultanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış keçiriblər. Bu zaman avtomobilin yük yerindən narkotik vasitə olan 3 kiloqram 70 qram marixuana və 1 kiloqram 42 qram tiryək aşkar edilərək götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanıb.  İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv